Ətrafınızda pedofilin olmasını və uşağın zorakılığa məruz qaldığını necə müəyyən etmək olar

Pubertatöncəsi yaş qrupuna (13 yaşadək) aid olan uşaqlara cinsi ehtiras hiss edən insanlar pedofil kateqoriyasına aid edilir.

Bu çox tabulaşdırılan mövzu olsa da psixiatrlar Kantor və Malo hesab edirlər ki, kişilərin ən azı 0,5-1% pedofildir.

Pedofillər iki qrupa bölünür: pro-kontakt və non-kontakt. Əlbəttə ki, valideyn baxımından birincilər daha təhlükəlidir. Çünki onlar uşaqla cinsi əlaqəyə girməyə çəkinmirlər.

Qeyd etmək lazımdır ki, belə insanları müəyyən etmək çətindir. Pedofiliya ilə bağlı cinayətlərin ¾-nü uşağın qohumlarından biri və ya ailəyə yaxın olan bir insan edir.

90%-da isə zor tətbiq edəni həm uşaq, həm də onun valideynləri tanıyır.

Mütəxəssislər qeyd edir ki, pedofillərə əsasən aşağıda qeyd edilən xüsusiyyətlər xasdır:

Həmyaşıdları əvəzinə uşaqlarla vaxt keçirməyə üstünlük verir

Qrupun içindən bir uşağı diqqət mərkəzində saxlayır; uşaq özünü xüsusi hiss edir

Uşağa bahalı hədiyyələr alır/ səbəbsiz pul verir

Uşaq tualetdə və ya hamam otağında olarkən ora tez-tez baş çəkir

Uşağa baxmaqla baxlı təmənnasız xidmətlərini təqdim edir

“Təsadüfən” uşağın intim yerlərinə toxunur

Uşaqla sirr bölüşür, piçildaşır

Uşağın seksual inkişafına maraq göstərir

Fiziki kontakt edir (öpür, qucaqlayır, dizlərinə otuzdurur, güləşir, qıdıqlayır (yeri gəlmişkən, bu da zorakılıq növü sayılır)

Uşaqla söhbət edərkən onu yetkin seksual leksikadan istifadə edərək “maarifləndirir”

Zarafarcasına uşağı seksual baxımdan qiymətləndirir.

Pro-kontakt aylarla və hətta illərlə özünü uşağa və onun yaxınlarına öyrəşdirir. Hətta bəzi hallarda pedofil uşağı doğulduğu gündən gözaltı edir. Pedofilin etibar qazanmağa çalışması dövrünü mütəxəssislər qruminq (grooming), yəni nəvaziş göstərmək, qulluq etmək adlandırır.

Bundan sonra isə iki ssenari baş verə bilər – hücum (məlum olub ki, adətən zorlamalar belə hallarda nadir göstəricidir. Bunu, hər bir zəif qurbanı üstələmək istəyən cinsi psixopatlar edir) və yoldan çıxarma (pedofil uşağı seksual prosesin bir hissəsi edir və ona qarşı hissləri (qorxu, utanc, sevgi) olan uşaq səsini çıxarmır).

Bundan əlavə, əgər uşaq aşağıda sadalananları edirsə ayıq olmaq lazımdır:

Uşaq seksuallaşdırılmış davranış sərgiləyir, oyuncaqlarla və ya digər uşaqlarla cinsi əlaqə aktını imitasiya edir.

Gözlənilmədən uşaqda qarabasmalar, qorxular peyda olur.

Uşaq öncə danışdırdığı böyüklərdən və ya balacalardan biri ilə təmas qurmqdan imtina edir

Uşağın bədənində, xüsusən də intim yerlərində, necə əmələ gəldiklərini izah edə bilməyən göyərmələr və izlər əmələ gəlir

O, evə çirkli paltarda gəlir

Uşağın yetkin dostu peyda olur

Onun yeni əşyaları, pulları və oyuncaqları olur.

Uşaq sosial şəbəkələrdə fəal olduğunu sizdən gizlədir

Gözlənilmədən onun leksikonunda yütkin insana xas olan sözlər peyda olur

Vəziyyəti qeyri-sabit olur, müəyyən yerlərdən və insanlardan qorxur

Tədrisində problemlər müşahidə olunur.

Mənbə:
0
552
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar