• Şikayət et

Messi penaltini qaçırdı, komandası lider oldu - VİDEO

Argentina Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşanı 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb.

Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar