ABŞ bu ölkələri risk qrupuna daxil etdi – SİYAHI

Amerika Birləşmiş Ştatları 16-dan çox ölkəni yeni tip koronavirusla əlaqədar yüksək riskli ölkələr siyahısına daxil edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

ABŞ Həstəlik İdarəetmə və Tədbirlər Mərkəzi (CDC) aralarında Yunanıstan, İrlandiya, Liviya və İranın da olduğu 16-dan çox ölkəni epidemiyası səbəbindən sözügedən siyahıya salıb. Vətəndaşlara “Bütün səyahətlərdən uzaq olun” tövsiyəsini verib.

CDC-in 4-cü səviyyə adlanan bu siyahısına əlavə etdiyi ölkələr Andorra, Yunanıstan, İran, İrlandiya, Qazaxıstan, Liviya, Malta, Lesoto ilə Kürasao (Hollandiya antil adaları), Cəbbəlitarık, Qvadelupa, Man adası, Martinika, Sen-Bartelemi (Saint Barthelemy), ABŞ-ın Virciniya adaları və Sen-Marten (Saint Martın) adalarıdır.

Sözügedən ölkə və adalara səyahət koronavirus yoluxma hallarının yüksək olmasına görə risk yaratdığı üçün CDC bu yerlərə səyahətdən uzaq olmağı tapşırır.

Mənbə:
0
426
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar