Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib.

“British Medical Journal”da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməsi əlaməti kimi qeyd olunur.

Araşdırma çərçivəsində təxminən 30 – 60 yaş aralığında İsveç və Danimarkadan 2406 qadın üzərində müşahidə aparılıb.

Boyları 10-13 il ərzində orta hesabla 0,8 santimetr qısalan qadınlardan 157-si ürək-damar xəstəliyindən olmaqla ümumi halda 625 nəfər həyatını itirib.

Elmi müşahidə zamanı kökəlmə, yaş və həyat tərzi kimi faktorlar nəzərə alındıqdan sonra hər 1 santimetrlik boy itkisinin qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm riskini 14-21 faiz artırdığı bəlli olub.

Araşdırmada sözügedən zaman kəsiyində 2 santimetrdən çox boy itkisi yaşayan qadınlarda iflic və ya infarkt kimi ürək-damar narahatlıqlarından ölmə ehtimalı digərlərinə nisbətən iki qat artıq görünüb.

Alimlərin fikrinə görə, qadınlar nizamlı şəkildə hərəkət (idman) edərsə, D vitamini və kalsium alarsa, orta yaşda boy itkisi və sümük qırılmalarının qarşısına keçə bilər.

Mənbə:
0
400
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar