"Simicdir, əli cibinə çatmır" - Rəşad İlyasov

"Bir müğənnimiz var, əlləri qısadır, cibinə çatmır. Simicdir... 40 il əvvəlki plaşını çıxarıb ki, bunun balağını kəsdirib geyinim, dəbdir".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "Səhər mərkəzi" proqramında deyib. Müğənni sənət adamlarının zövqündən danışıb. O bildirib ki, səhnə geyimlərini seçməkdə ona xanımı yardım edir:

"Bir geyimi çox geyinmək olmaz. Bu, müğənnilərin sarı simidir. Bəzən pencəklərimi götürüb üzərində dəyişiklik edirəm. Səhnə alışıb-yanmağı sevir. Bir də broş sevirəm. İndi bir çox ifaçılar da bunu edir, çox gözəl. Kişinin geyimində səliqəlik, özünə yaraşan və təmizlik rol oynayır. Qolbaqlarımı isə 16 yaşlı qızım Leyla hazırlayır. Bəzi sənət adamları zərli, köhnə dəbli geyimlər geyinir. Amma onlar tarixdə qalıblar.

Bəzi ifaçılar və aparıcılar səhər efirinə elə gəlir ki, elə bil "azsolist"dir. Gecə geyimi geyinirlər".

İnstaqramda yazılan şərhlərlə bağlı suala ifaçı "Şərhlərlə işləmirəm. Bəzən nəsə yazırlar, əvvəl fikir verirdim. İndi şərhlərə baxmıram, lazımsızdır. Özündən xəbərsiz nə gəldi yazır. Girib profilinə baxırsan ki, bu, nəyə qulluq edir" cavabını verib.

101.az (axşam az)

 

Mənbə:
0
360
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar