"Onlara sənətkar demirəm, sıradan insanlardırlar mənim üçün" - Fərda Xudaverdiyev

"O dövrlərdə bizi qınayanlar, indi hardasız? 2002-ci ildən çıxdıq, dediler boşluq yaxalayıblar. Bu bir təsadüfdür. O boşluq dolmadı daha?!"

Metbuat.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Üzə-düz" verilişində deyib. Aktyor onu və sənət yoldaşlarını qınayanlardan danışıb, onlarla razılaşmadığını bildirib:

"Nə oldu elə Fərda, Elməddin, Müşviq? Bu kimi sözlər deyirdilər... Gedin film, serial çəkin də. Əlinizi, qolunuzu bağlayan var? Gördük də, qala gecəniz oldu, sabahısı gün kinoteatrdan silindi. O simanı da mən və kütlə yetişdirib. Deyirdilər, bunları yığışdırın, bunlar İncəsənət universitetini oxumayıb. Onlara sənətkar demirəm. Sıradan insanlardır mənim üçün. Kimsə üçün sənətkar ola bilərlər, amma zaman göstərdi ki, biz elə bizik".

Fərda Amin Cem Yılmazı təkrarlanması iddialarına isə belə münasibət bildirib:

"Cem Yılmaza oxşamaq belə asandırsa, oxşayın da. Heç ona da oxşaya bilmirsiz axı".

Mənbə:
0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar