Putinin həbsinə order verən hakimin vəzifəsi artırılıb
SİYASƏT
13:35
12.03.2024
Baxılıb: 1607
Putinin həbsinə order verən hakimin vəzifəsi artırılıb

Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən hakim Tomoko Akane 3 il müddətinə Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilib.

 

"Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilməkdən qürur duyuram. Bu çətin vaxtlarda məhkəmənin sabit, işbirlikçi və vahid rəhbərliyə ehtiyacı var", - deyən Akane, məhkəmələr arasında dialoqun inkişafına və həm üzv dövlətlərlə, həm də Roma Əsasnaməsini hələ ratifikasiya etməmiş dövlətlərlə dialoqu gücləndirmək  planının olduğunu açıqlayıb. 

 

2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putin və uşaq hüquqları müdafiəçisi Mariya Lvova-Belovanın həbsinə beynəlxalq order verib. Onlar ukraynalı uşaqların qanunsuz deportasiyasında ittiham edilirlər. 

 

Bu qərardan bir neçə gün sonra Rusiya İstintaq Komitəsi Tomoko Akane də daxil olmaqla Beynəlxalq Cinayət Məhkəməsinin üç hakiminə qarşı cinayət işi qaldırıb və 4 ay sonra onlar axtarışa verilib.

Digər xəbərlər