Dövlət sirri bilənlərin xaricə gedişi çətinləşdirilir
SİYASƏT
20:43
12.03.2024
Baxılıb: 1699
Dövlət sirri bilənlərin xaricə gedişi çətinləşdirilir

Vladimir Putin dövlət sirrini bilən keçmiş məmurların ölkədən xaricə getmə prosedurunu çətinləşdirən fərman imzalayıb.

 

Sənədə əsasən, bundan sonra dövlət sirrinin mühafizəsi üzrə İdarələrarası Komissiya dövlət sirri bilən keçmiş əməkdaşların nə qədər müddətə ölkəni tərk edə biləcəyinə qərar verəcək. Lakin Prezidentin ofisi komissiyanın işinə müdaxilə hüququna sahib olacaq. 

 

Ötən ilin martında Rusiya hakimiyyəti Rusiya rəsmilərinin və dövlət şirkətlərinin işçilərinin xarici pasportlarını müsadirə edib. Kremlin sözçüsü Dmitri Peskov daha sonra bunu təsdiqləmişdi ki, Ukraynaya qarşı müharibədən sonra xarici səfərlərdə “sərt qaydalar” qoyulub.

Digər xəbərlər