ABŞ Moskvadakı terror hücumuna münasibət bildirib
SİYASƏT
13:29
24.03.2024
Baxılıb: 1457
ABŞ Moskvadakı terror hücumuna münasibət bildirib

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Moskvadakı terror aktını qətiyyətlə pisləyir. Blinken əlavə edib ki, biz həlak olanların ailələrinə və yaxınlarına və bu dəhşətli cinayətdən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk və rəsmi Vaşinqton terrorizmin bütün formalarını pisləyir və Rusiya xalqı ilə birgə yas tutur. 

 

Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi və dünyanın bir çox başqa ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya bu terror aktını pisləyib.

 

Xəbər verdiyimiz kimi, Martın 22-də axşam saatlarında Moskvada “Krokus Siti Holl”da bir neçə terrorçu atəş açıb, bundan sonra partlayış səsləri eşidilib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsinin ilkin məlumatlarına görə, azı 133 nəfər həlak olub, yaralananların sayı isə 152-yə çatıb.

 

Faktla bağlı terror maddəsi ilə cinayət işi başlanıb. FSB rəhbəri konsert zalında törədilən terror aktında bilavasitə iştirak edən 4 terrorçu da daxil olmaqla ümumilikdə 11 nəfərin həbs edildiyini bildirib.

Digər xəbərlər