Əhaliyə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
SİYASƏT
13:13
25.03.2024
Baxılıb: 1362
Əhaliyə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Fransada hökümət ölkədə terror təhlükəsi səviyyəsini maksimuma çatdırdığını elan edib. Bazar günü axşam Fransanın baş naziri Qabriel Atal sosial şəbəkə hesabında yazıb ki, bu qərar dünən Yelisey sarayında keçirilən iclasda verilib.

 

"Bu gün Moskvada baş verən terror aktından sonra prezident Müdafiə və Təhlükəsizlik Şurasının iclasını çağırıb. "İslam Dövləti qruplaşmasının Moskvada baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünü, eləcə də ölkəmizin üzləşdiyi təhlükələri nəzərə alaraq, belə qərara gəldik ki, terrorizm təhlükəsi səviyyəsini maksimum səviyyəsinə yüksəltməliyik" deyə Fransanın baş naziri yazıb.

Digər xəbərlər