Prokuror baş nazirə qadağa qoydu, baş nazir onu işdən çıxartdı

Haiti Baş naziri Ariel Henri baş prokuroru vəzifəsindən azad edib.

Azerforum.com xəbər verir ki, buna səbəb baş prokurorun onu prezident Xovenel Moizenin öldüyü sui-qəsdlə bağlı istintaqa cəlb etmək istəməsidir.

Baş prokuror Bedford Klaude həmçinin A.Henrini ölkədən çıxışına qadağa qoyulması ilə bağlı səlahiyyətli şəxslərə tapşırıqlar verib.

Klaude baş nazirdən Moizenin sui-qəsdindənki əsas şübhəlilərdən birinin  cinayətdən bir neçə saat sonra nə üçün ona 2 dəfə zəng etdiyini açıqlamasını istəyib.

Qeyd edək ki, iyulda 53 yaşlı Haiti prezidentinin iqamətgahına silahlı hücum olub. Hücum nəticəsində prezident X.Moise və onun həyat yoldaşı qətlə yetirilib.

0
1503
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar