Qarabağ turizmində logistika və nəqliyyatın rolu - ŞƏRH

"Qarabağa açılacaq yeni avtobus marşrutları, dəmir yolu xətlərinin tikintisi bölgənin əhəmiyyətli inkişafına təkan verəcək və eyni zamanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq".

Bunları Turizmplus.az saytına açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Eksperlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

"Qarabağ regionun geniş turizm potensialı mövcuddur. Təbiəti, iqlimi, flora və faunası tam olaraq turistlərin istəyinə cavab verir. Eyni zamanda bu regionda müalicəvi turizm, qış turizmi, mədəni-tarixi turizm geniş yer almaq imkanına malikdir. Bildiyiniz kimi, cənab Prezident Qarabağ regionun xaricdə keçirilən sərgilərində turizm potensialının nümayiş etdirilməsi və yeni turizm marşrutlarının hazırlanmasında müvafiq tapşırıqlar verib. 15 yanvar tarixində cənab Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində təməli qoyulan yeni Beynəlxalq Hava Limanı tapşırığa görə bu il istifadəyə verilməlidir.

Bu Hava Limanı, əsasən, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə xarici qonaqların gəlməsini təmin edəcək. Füzulidən Şuşaya məsafə yaxın olduğundan bu Hava Limanı vasitəsiylə daha tez Şuşaya çatmaq mümkün olacaq. Qarabağa açılacaq yeni avtobus marşrutları, dəmir yolu xətlərinin tikintisi bölgənin əhəmiyyətli inkişafına təkan verəcək və eyni zamanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Bu da turizm imkanlarını kifayət qədər genişləndirəcək. Logistika, nəqliyyatın düzgün hərəkəti turizmin inkişafında ən vacib amillərdən biridir. Bu eyni zamanda Qarabağ regionu və ətraf rayon və şəhərlərdə turizm imkanlarının daha da genişləndirəcək", - deyə Göydəniz Qəhrəmanov bildirib.

Mənbə:
0
1008
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar