Qonşu ölkə 5G-yə keçir

Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası bununla bağlı auksion elan edəcək.

Gent.az xəbər verir ki, komissiyanın məlumatına əsasən, tezlik resursları artıq ayrılıb, hərracda başlanğıc qiymət hesablanıb və şərtlər müəyyən edilib. 5G şəbəkəsinin inkişafı üçün investisiyaları şirkətlər özləri cəlb etməli olacaqlar.

Hərracın şərtləri "Ernst & Young" şirkətinin ekspertləri ilə birgə Avropa Komissiyasının qərarları və avropalı həmkarların təcrübəsi nəzərə alınmaqla müəyyən olunub.

Auksionda qalib gələcək şirkətlərə tezlik resursu 15 illik müvəqqəti istifadə müddətinə veriləcək. Şirkətlər 2-7 il ərzində mərhələli şəkildə yaşayış məntəqələri, yol magistralları, hava limanları və dəmir yolunun daxil olacağı konkret coğrafi arealları şəbəkə ilə əhatə etməli olacaqlar.(report)

Mənbə:
0
620
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar