"Əfqanıstanın bərpasında məsuliyyəti ABŞ daşıyır" - Çin XİN başçısı


ABŞ Əfqanıstanın bərpasının məsuliyyətinin üzərinə götürməlidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ tacikistanın paytaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti çərçivəsində Rusiya, İran və Pakistan XİN başçılarının görüşündə bildirib.

“Dörd dövlət (Çin, Rusiya, İran və Pakistan-red.) başqa dövlətlərlə birlikdə ABŞ-ı dərs almağa təşviq etməlidir. ABŞ Əfqanıstanın bərpasına görə məsuliyyət daşımalı, ona iqtisadi və humanitar yardım göstərməlidir”, - Çinin XİN başçısı deyib.

Onun sözlərinə görə, Əfqanstanda yeni siyasi struktur formalaşması hələ başa çatmayıb: “Ölkədə etnik və dini münaqişə çox mürəkkəb xarakter alıb”.

Mənbə:
0
809
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar