SON DƏQİQƏ: Ermənistan ordusu İTKİ VERDİ

SON DƏQİQƏ: Ermənistan ordusu İTKİ VERDİ

Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan daha bir hərbçi yaralanıb.

Oxu24.com  “Aysor”a istinadən xəbər verir ki, onun İrəvan sakini, 36 yaşlı Leon S. olduğu bildirilib.  10:19 Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Ovakimyan ölüb.  Bildirilib ki, Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi ölüb.  Hadisə ilə bağlı araşdırma aparılır.  Xatırladaq ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə avqustun 25-dən etibarən Ermənistanda üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər.

0
3678
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar