Turizm agentlikləri ilə hotellər arasında münasibətlərin tənzimlənməsi üçün növbəti addım atılacaq

 

"Post-pandemiya dövründə turizm bazarında aktivliyi artırmaq üçün turizm agentlikləri ilə hotellər arasında əməkdaşlığın genişləndirilməsi vacibdir".

Turizmplus.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının növbəti iclası zamanı qurumun Ekspertlər Şurasının sədri Göydəniz Qəhramanov deyib.

O, sözügedən istiqamətdə işçi qrupunun yaradıldığını və yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.

Görüş çərçivəsində Ekspertlər Şurasının fəaliyyət istiqamətinin və say tərkibinin genişləndirilməsinə, eyni zamanda qurumun nəzdində Təlim Tədris Şöbəsinin və Beynəlxalq Şöbənin yaradılmasına qərar verilib.

 

Mənbə:
0
1023
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar