Türkiyənin yeni İHA mühərriki: İlk dəfə TEKNOFEST-də

"TUSAŞ Engine Industries AŞ (TEI), Aviasiya, Kosmos və Texnologiya Festivalında", pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün hazırlanan mühərrik sərgilənib.

Metbuat.az xəbər verir ki, Türkiyənin ilk turbodizel aviasiya mühərrik "PD170"dən 5 kiloqram yüngül olan "PD222ST" mühərriki 55 at daha güclüdür. 155 at gücünə malik mühərrik, öz sinifində dizaynı və istehsalı ilə dünyanın ən az yanacaq sərf edən mühərrikidir. 40 min futa qədər rahat işləyən cihaz ehtiyac yaranarsa 25 min fut yüksəklikdə də normal işini görə bilir. Bu barədə açıqlama verən TEI (TUSAŞ Engine Industries AŞ ) İdarə Heyətinin sədri professor Mahmut Faruk bildirib ki, təkmilləşdirmə mərhələsində olan"PD222ST" tək turboludur.

"Gələcəkdə pilotsuz nəqliyyat vasitələri, bəlkə də İHA -lar arasında müharibələr olacaq. İHA -ların it döyüşündən danışırıq. Bu mühərrik daha çevik, manevr qabiliyyətli, yüksəklikdə daha yüksək gücə malik olacaqdır. Qarşısındakı İHA -nın arxasında çox rahat gəzə və istədiyi mövqedən vura biləcək. İstifadəsi zamanı çox ciddi bir üstünlük təmin edir".

"PD222ST" -in ilk prototipini TEKNOFEST -də sərgilədiklərini ifadə edən Akşit, mühərrikin ciddi sınaqlara məruz qaldığını və təkmilləşmə proseslərinin davam etdiyini söyləyib. Test müddətinin təxminən 100 saat olduğuna diqqət çəkən Akşit, "PD170" də test müddətlərinin 5 min saatı keçdiyinə diqqət çəkib.Qeyd edək ki, hazırda 60-dan çox "PD170" istehsal edilib.

Mənbə:
0
47
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar