• Şikayət et

Özü Azərbaycanda qaldı, ailəsi müharibənin getdiyi yerə qayıtdı

Donetsk "Şaxtyor"unun yetirməsi olan Tuqay Əlizadə hazırda Azərbaycan birinci divizionunun iddialılarından "Araz Naxçıvan"ın formasını geyinir.

U-21 yığmamızın da üzvü olan yarımmüdafiəçi sportal.az-a müsahibə verib.

20 yaşlı yarımmüdafiəçi Azərbaycana gələnə qədər "Mariopol" və "Kremin"də də çıxış edib.

Sportinfo.az xəbər verir ki, o, ölkəmizə gəlişinin səbəbini və necə baş verməsindən danışıb.

- Ölkə kubokundakı çıxışınızı dayandırdınız. Səfərdə "Qəbələ"yə 0:5 uduzdunuz. Niyə belə hesab qeydə alındı?
- Məncə, matç yaxşı alındı. Baxmayaraq ki, biz rəqibə 0:5 hesabı ilə uduzduq. Oyun planında pis oynadığımızı demək olar.

- İlk yarıda komandanız sanki "Qəbələ"yə qarşı başabaş mübarizə apara bilirdi. Fasilədə nə baş verdi ki, sonradan uduzdunuz? Ustalıq, yoxsa yorğunçuluq öz sözünü dedi?
- Bəli, birinci hissədə yaxşı oynadıq. Hətta qol imkanlarımız var idi. Rəqibə rahat oynamağa imkan vermədik. Pressinq edə bilirdik. İkinci yarıda isə yorğunçuluq oldu, səhvlər etdik. Rəqibin də ustalığı yüksək səviyyədə idi, səhvləri bağışlamırdılar.

- İlk dəfə idi ki, Azərbaycan Premyer Liqasında yarışan kluba qarşı oynadın. Rəqib çox güclü idi? Səncə, birinci divizion və Premyer Liqa klubları arasında fərq böyükdür?
- Düzü, mən ilk dəfə deyildi ki, Premyer Liqa klubuna qarşı oynayırdım. "Qəbələ"yə gəldikdə, çox yaxşı komandadı. Heyətində çoxlu sayda yaxşı legionerlər oynayır. Birinci divizion və Premyer Liqa klubları arasındakı fərq böyükdür. Premyer Liqa oyunlarında çox cəld düşünməlisən, tez qərar verməlisən. Ustalıq səviyyəsi də öz sözünü deyir.

- Bəs Ukraynada necə, birinci liqa və Premyer Liqa təmsilçiləri bir-birindən çox fərqlənir?
- Ukraynada da Azərbaycandakı kimi deyil. Azərbaycan birinci divizionunda daha çox əvəzedici heyətlər çıxış edir. Ona görə də, birinci liqada daha çox cavan oyunçular oynayır. Ukraynada isə əvəzedicilərin yarışı var. Premyer Liqadan sonra isə ikinci və birinci liqa çempionatları keçirilir. Ukrayna birinci liqasının səviyyəsi olduqca yaxşıdır. Azərbaycan futbolunun əsas problemlərindən biri də, komanda sayının və liqaların az olmasıdır . Liqalar da azdır. Birinci divizionda əksər komandalar Premyer Liqadakı klubların əvəzedici heyətləridir.

- Rusiyanın Ukraynaya hücumundan sonra Azərbaycana gəldin. Bəs ailən haradadadır? Onları Azərbaycana gətirə bilmisən, yoxsa Ukraynada qaldılar?
- Ailəm Ukraynadadır. Müharibə zamanı hamımız Azərbaycana gəlmişdik. Amma yarım ildən sonra ailəm geri qayıtdı. Çünki hər şeyimiz oradadır, bacımın təhsili var. Düzdü, Ukraynadakı durum yaxşı deyil. Hətta işıq da qrafiklə işləyir. Qarşıdan isə qış gəlir, çox çətin olacaq. Görək də, necə edirik.

Mənbə:
0
101
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar