Quru ağac kötüyündə 25 min manat dəyərində sərvət
CƏMİYYƏT
18:18
18.08.2024
Baxılıb: 1379
Quru ağac kötüyündə 25 min manat dəyərində sərvət

 

Türkiyənin Kastamonu ilə Çankırı vilayətləri arasında yerləşən İlqaz dağında təbiətsevər bir sakin qurumuş ağac kötüyündə gözlənilməz bir kəşf edib.

 

Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir ki, ağacın kötüyünü açan şəxs qarşılaşdığı mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. Bu hadisə təbiətin sirli və gözlənilməz sürprizlərini bir daha ortaya qoyub.

 

Belə ki, arıçılığın geniş yayıldığı Kastamonunun İlqaz dağında bəzən pətəklərdən qaçan arılar yaşayış məntəqələrindən uzaq ərazilərdə, qayalıqların içində və ya ağac koğuşlarında yuva quraraq bal hazırlayırlar. Bu dəfə, pətəkdən qaçan arılar yıxılmış bir ağacı bal pətəyinə çevirərək onun içini balla doldurublar.

 

Arıların bal ilə doldurduğu kötüyü tapan və əli ilə açan sakin həmin anları lentə alaraq sosial şəbəkədə paylaşıb.

 

"İnanılmazdır. Bunun gözəlliyinə baxın. Kötüyü tamamilə doldurublar", - deyə heyrətini ifadə edib.

 

Videogörüntüyə heyrətlənən izləyicilər "Bal budur, digərləri isə sadəcə şəkər və sudur", "Hamısını götürməyin, arılara da qalsın", "Bunlar təbii müalicə xəzinəsidir", "Orada 500 min Türkiyə lirəsi (25 min manatdan çox) var" kimi şərhlər yazıblar.

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18