“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
İQTİSADİYYAT
16:01
30.11.2024
Baxılıb: 363
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb

Norveçin “Equinor” şirkəti noyabrın 29-da “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətindəki iştirak payının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” şirkətinə satışı üzrə sövdələşmələri bitirib.

Şirkətdən xatırladılıb ki, iyulun 19-da SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki aktivlərinə görə yenilənmiş alqı-satqı müqaviləsi imzalanıb. “Equinor”un AÇG layihəsindəki 7,27 %-lik payının 6,655 %-ni SOCAR, 0,615 %-ni isə “ONGC Videsh Limited” alıb. Norveç şirkətinin BTC-dəki 8,71 %-lik səhmlərinin 7,96 %-ni SOCAR, 0,75 %-ni isə “ONGC Videsh Limited” əldə edib.

“Alqı-satqı müqaviləsi üzrə əməliyyat noyabrın 29-da yekunlaşıb. Əməliyyatın ümumi dəyəri 720 milyon ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.

“ONGC Videsh Limited” şirkətindən isə, öz növbəsində, “Equinor”un AÇG və BTC-dəki səhmlərinin bir hissəsini almaq üçün təxminən 60 milyon ABŞ dolları investisiya ayrıldığı bildirilib.

Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” SOCAR ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.

2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.

“Azəri”, “Çıraq” və “Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 2024-cü ildə başa çatırdı, 2017-ci ilin sentyabrında müddəti 2050-ci ilə qədər olan yeni saziş imzalanıb.

Bu son əməliyyatı nəzərə alsaq, tərəflərin layihədə payları belədir: SOCAR - 31,655 %, “BP plc” - 30,37 %, MOL - 9,57 %, “Inpex Corp.” - 9,31 %, “ExxonMobil” - 6,79 %, TPAO - 5,73 %, “ITOCHU Oil” - 3,65 %, “ONGC Videsh Limited” - 2,925 %.

“BTC Co”nun səhmdarları isə bunlardır: SOCAR - 32,96 %, “BP plc” - 30,1 %, MOL - 8,9 %, TPAO - 6,53 %, “Eni” – 5 %, “TotalEnergies” – 5 %, “Itochu” - 3,4 %, “ONGC Videsh Limited” - 3,11 %, “ExxonMobil” – 2,5 %, “Inpex” – 2,5 %.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51