Yüksələn dalğa: influenser marketinq
İQTİSADİYYAT
13:36
22.01.2025
Baxılıb: 24
Yüksələn dalğa: influenser marketinq

2032-ci ilə qədər 199.6 milyard dollara qədər həcminin böyüməsi gözlənilən bir bazar var. Söhbət ölkəmizdə də qızıl dövrünü yaşayan influenser marketinqdən gedir. Əslində bir çoxlarımıza influenser sözü tanışdı. Bəs influenser marketinq?

 

Küçədə gəzərkən qarşımıza çıxan böyük bilbordlardan, televiziya kanallarında izlədiyimiz reklamlardan fərqi nədir və 199.6 milyard dollar kimi bazar vədi verən bu dalğa necə yaranıb gəlin araşdıraq.

 

Hamının güvənə ehtiyacı var

Alış-veriş edəcəyimiz mənbələrin sayı günü-gündən artır. Buna paralel, seçim şansımız da artır. Bu isə özlüyündə informasiya çirkliliyinə, məlumat qıtlığına, yaxud tam əksi məlumat bolluğuna gətirib çıxara bilir. Bəs bu seçimləri necə edə bilərik?

 

İnanıram ki, reklamlarda qarşılaşdığımız "İsveçrəli alimlərin araşdırmasına görə" tezisi öz etibarlılığını itirib. Artıq bizə daha yaxın olan, güvənə biləcəyimiz başqa kanalların məsləhətinə ehtiyac duyuruq. Hər gün Instagram və YouTube kimi sosial media platformalarında qarşımıza çıxan influenserlər bunun üçün əvəzolunmaz vasitədir. İnfluenser alacağımız məhsulu istifadə edir, faydalı xüsusiyyətlərini sadalayır, mövcuddursa rəsmi satış nöqtəsinə yönləndirir. Bununla da biz saatlarla edəcəyimiz araşdırmadan, məhsulu alıb yoxlayaraq xərclədiyimiz pul və zaman itkisindən xilas oluruq.

Niyə yüksəlirlər?

İşin təməlində influenser marketinqin həm brend, həm izləyici tərəfindən yüksəlməsinin bir neçə səbəbi var. Brend tərəfindən baxsaq nəticələrin daha tez və açıq şəkildə analiz edilməsi, əlavə alətlərdən istifadə edilmədən izləyicilərin yəni potensial müştərilərin reaksiyalarını və nəyi sevdiyinin öyrənilməsidir. İzləyici tərəfindən isə influenser ilə qarşılıqlı əlaqəyə girə bilmək, Instagramdakı hekayələr tipli məzmunlar vasitəsilə influenserin gündəlik həyatını paylaşaraq, izləyiciləri ilə səmimi əlaqə qurulması və s. və s. nümunələr gətirə bilərik. Amma ən əsası sosial mediadır. Bəli, sosial media = influenser marketinq demək mümkündür.

Azyaşlıların və afrika qəbilələrinin belə istifadəçi karvanına qatıldığı günümüzdə sosial media hesabı olmayan insan görmək çətindir. Aktiv istifadəçilərinin sayısının artması ilə influenserlərin kütləsi də böyüyür, hətta bu istifadəçilərdən yeni influenserlər meydana gəlir. Bütün bu sürətli inkişaf tempi əlbəttə brendlərin diqqətini çəkir, bazarın dəyərini artırır.

 

Azərbaycanda vəziyyət və pərdənin arxasındakılar

Ən başda qeyd etdiyimiz kimi ölkəmizdə influenser marketinq qızıl dövrünü yaşayır. Hazırda Azərbaycanda yüzlərlə, hətta minlərlə influenser var. Brendlər bu influenserlər vasitəsilə öz məhsullarını tanıtmaqda həvəs göstərirlər. Bəs, brendlərin seçim etməsi və influenserlərin brendlərlə əlaqə yaratması üçün sadə və ümumi bir sistem varmı?

Bəli, var. Sadəcə bir neçə kliklə 1200-dən çox influenseri və 320-dən çox brendi özündə birləşdirən influencer.az platforması var.

Platforma həm brendlər, həm də influenserlərin üzərinə düşən çətinlikləri aradan qaldırır, əməkdaşlıqların operativ şəkildə aparılmasını təmin edir.

 

Gedişatla tanış olmaq üçün qeydiyyatdan keçin. Saytdan iki formada; həm influenser, həm də şirkət olaraq qeydiyyatdan keçmək mümkündür.

Sizin yüksəlişiniz linkə klik etməyinizlə başlayacaq!

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13