Şəhid övladları üçün yay düşərgəsi
CƏMİYYƏT
16:39
19.08.2024
Baxılıb: 1481
Şəhid övladları üçün  yay düşərgəsi

Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün təşkil olunan “Ənənə” yay düşərgəsi başa çatıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı və “Bakcell”in baş sponsorluğu ilə keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, 18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının qatıldığı düşərgənin əsas məqsədi vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

Düşərgə zamanı Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev ilə görüş keçirilib. “⁠Gamecraft Teambuilding” tərəfindən maraqlı komanda oyunları təşkil olunub.

 

Düşərgə boyu, həmçinin yaddaqalan ekskursiyalar gerçəkləşib. Azərbaycanın ən gözəl təbiət muzeyi sayılan Göygöl və Maralgöl ziyarət olunub, ardınca yeraltı şəhərə, keçmiş Alman Lüteran kilsəsinin binasında yerləşən Göygöl Tarix Diyarşünaslıq muzeyinə və Viktor Klaynın ev-muzeyinə baş çəkilib.

 

Şəhid Aynur Poladovun oğlu Xəyal Poladovun və şəhid Azad Abbasovun qızı Zəhra Abbasovanın doğum günləri qeyd edilib.

 

Bağlanış mərasimindən sonra düşərgə iştirakçıları Bakıya qayıdıblar.

 

Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

 

Düşərgənin baş sponsoru “Bakcell”, media dəstəyi ASAN TV və ASAN Radiodur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02