Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək mümkündür
CƏMİYYƏT
20:22
23.08.2024
Baxılıb: 2288
Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək mümkündür

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və Monitorinq qrupunun üzvü professor Hidayət Cəfərov dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə Naftalan şəhəri yaxınlığında yerləşən çoxtəbəqəli Qalaboynu tarixi abidəsində aparılan çöl tədqiqatlarının gedişi ilə yerində tanış olublar.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır. Yaşayış yeri 2020-ci ildə Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb. Bina divarının eni 1.80-1.90 santimetrdir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib. Kərpic divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr də aşkar edilib. Qalınlığı 15-30 santimetr olan daşların kənarları səliqə ilə yonulub. Belə kərpic divarlara və daşlara Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində vaxtilə İlyas Babayev tərəfindən tədqiq edilmiş Əhəmənilər dövrünə aid saray kompleksində rast gəlinib. Qaracəmirlidə belə daşlardan sütun altlığı kimi istifadə olunub. Abidədən aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək mümkündür.

 

Qalaboynu yaşayış yeri sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük marağa səbəb olub.

 

İnstitutun direktoru Fərhad Quliyev və professor Hidayət Cəfərov aparılan işlərlə bağlı təklif və tövsiyələr verərək burada tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildiriblər. Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının alman və Azərbaycan arxeoloqlarından ibarət üzvləri abidənin Qaracəmirli saray kompleksi ilə oxşar olduğunu deyiblər.

 

Belə bir abidənin Naftalan şəhəri ərazisində aşkar edilməsinin əhəmiyyəti və gələcəkdə buranın böyük turizm marşrutu kimi fəaliyyət göstərə biləcəyi vurğulanıb.

 

Abidədə tədqiqatların davam etdirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51