Almaniyanın Zolingen şəhərində festivalda baş verən silahlı hücuma görə 15 yaşlı yeniyetmə saxlanılıb.
AZƏRTAc xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Yeniyetmə dindirilib. Qeyd edək ki. Ötən gün Almaniyanın Zolingen şəhərində naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hücumda şübhəli bilinən şəxsin qaçdığı bildirilirdi.