Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib
CƏMİYYƏT
12:41
27.08.2024
Baxılıb: 352
Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib. Belə ki, mərkəz üçün nəqliyyat vasitələri, kompüter, UPS, təhlükəsizlik sistemləri, printer, portativ GPS, yüksək dəqiqlikli torpoqrafik işlər üçün geoloji GPS, geoloji GPS CHTN AV, elektron su səviyyəsini ölçən cihaz, buruqqazma qurğusu, HQ qazma boruları və digər avadanlıqlar alınıb.

Qeyd edək ki, həmin avadanlıqların alınması mərkəzin maddi-texniki bazasını gücləndirəcək, eyni zamanda, qazma qurğularının operativ daşınmasına, radiasiyanın öyrənilməsinə, buruq qazma işlərində yüksək faizli kern çıxışının təmin edilməsinə, mineral bulaqların, xəndəklərin, quyu ağızlarının dəqiq koordinatlarının vurulmasına kömək edəcək. Həmçinin yeni avadanlıqlar vasitəsilə geoloji xəritələrin, cizgi materiallarının çap olunması, layihələrin, hesabatların və cari sənədlərin tərtibatında işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə nail olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01