Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi açıqlanıb
CƏMİYYƏT
16:34
27.08.2024
Baxılıb: 1437
Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi açıqlanıb

1995-ci ildən 2024-cü ilin birinci I rübün sonuna qədər Azərbaycan Türkiyəyə təqribən 20 milyard ABŞ dolları,Türkiyə Azərbaycana 16 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcminə görə Türkiyə 2-ci yerdə qərarlaşıb.

"Azərbaycanda 4 200-ə yaxın Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir”,- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 620 milyon 387 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,7 % azdır.

Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının həcmi 31,9 % azalaraq 2 milyard 329 milyon 275 min ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyədən idxalının həcmi 2,4 % azalaraq 1 milyard 291 milyon 111 min ABŞ dolları təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59
CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb
20:37
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
20:36
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
20:16
Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir
19:18