N. Hayat: Sudan istifadənin səmərəliliyinin təkmilləşdirilməsində Azərbaycan hökuməti ilə birlikdə işləyirik
CƏMİYYƏT
11:58
28.08.2024
Baxılıb: 870
N. Hayat: Sudan istifadənin səmərəliliyinin təkmilləşdirilməsində Azərbaycan hökuməti ilə birlikdə işləyirik

Azərbaycanın kənd təsərrüfatı, sadəcə iqtisadi sektor olmaqla tükənmir. Bu, böyük bir qismin güzəranı, yaşayışıdır. Bu həyat tərzi təhlükə və təhdidlərlə üz-üzədir. Məlum təhdid isə iqlim dəyişikliyidir. Onun kənd təsərrüfatına təsirləri azalmış su ehtiyatları, yəni, su qıtlığı, torpaqların deqradasiyası, temperaturun artımı, yağıntıların miqdarının dəyişməsidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Ofisinin rəhbəri Nasar Hayat “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

"Sadəcə, Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində insanların həyat tərzi təhlükə ilə üz-üzədir. Yağıntıların nizamsız olması, eyni zamanda, quraqlıqlar zəncirvari şəkildə kənd təsərrüfatı fəaliyyətlərinə mənfi təsir göstərir. Həmin çətinliklərə qarşı mübarizədə Azərbaycan çox mühüm addımlar atır. FAO olaraq Azərbaycanın inteqrə edilmiş su idarəetmə prinsiplərində öz qətiyyətimizi bir daha bildiririk. Müasir suvarma sistemlərinin tətbiqi nəticəsində su istifadəsinin səmərəliliyinin daha da təkmilləşdirilməsində Azərbaycan hökuməti ilə birlikdə qətiyyətimizi ifadə edirik. Dayanıqlı su idarəetmə sistemi təcrübələri kifayət qədər geniş vüsət almalıdır. Xüsusilə daha həssas icmalar üçün bu məsələlər qabarıq şəkildə özünü büruzə verməlidir. Su ehtiyatlarının qorunması, suyun idarə edilməsi, sadəcə texnoloji məsələlərlə həll ediləcək bir amil deyil. İnsanları, fermerləri su ehtiyatlarından daha səmərəli istifadə ilə bağlı maarifləndirməli və onları başa salmalıyıq ki, kiçik addımlar necə böyük əhəmiyyət kəsb edir", - deyə N.Hayat bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05