ADSEA-nın rəsmisi: İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri xüsusilə böyükdür
CƏMİYYƏT
12:39
28.08.2024
Baxılıb: 1203
ADSEA-nın rəsmisi: İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri xüsusilə böyükdür

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 6 saylı qəsəbədə və Bərdə rayonunda 588 keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə mina təhlükəsinə dair “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda təlim keçirilib. Təlim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində təşkil edilib.

“Qaçqınkom”dan AZƏRTAC-a bildirilib ki, AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən “Qapı-qapı” formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk amilini minimuma endirməkdir. Təlimçilər hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Ümumilikdə gün ərzində Bərdə və Biləsuvar rayonlarında 2000-dən çox məcburi köçkün maarifləndirilib.

Xatırladaq ki, bunadək təlimlər mərhələli şəkildə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər, Füzuli şəhərinə yeni köçürülmüş sakinlər üçün təşkil edilib.

Mina və PHS təhlükəsi ilə bağlı bu ilin avqustunadək keçirilən maarifləndirici təlimlərə 23 mindən çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54