Mərkəzi Gömrük Hospitalında yeni növ narkotik vasitələr, psixotrop maddələr mövzusunda maarifləndirici təlim
CƏMİYYƏT
12:49
28.08.2024
Baxılıb: 1063
Mərkəzi Gömrük Hospitalında yeni növ narkotik vasitələr, psixotrop maddələr mövzusunda maarifləndirici təlim

Avqustun 27-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri üçün “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru (t.ü.f.d), Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov təlimin mövzusunun aktual problemə - narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və onun yaratdığı problemlərə həsr olunduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov narkotik vasitələrin yayılmasına qarşı gömrük işçilərinin apardığı mübarizədə gömrükçülər arasında bu mövzuda maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru ( t.ü.f.d) dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev tədbirin rəsmi açılış hissəsində çıxış edərək yeni növ narkotik vasitələr və psixotrop maddələr mövzusunun geniş olduğunu vurğulayıb, təlimdə müzakirə edilən mövzuların təlim iştirakçıları tərəfindən təmsil etdikləri qurumlarda, iş yerlərində insanlara çatdırılacağına ümidvar olduğunu bildirib.

Sonra rəis müavini İsmayıl Əfəndiyev “Ənənəvi və yeni narkotik vasitələr, psixotrop maddələr və hallüsinogenlər: müasir dünyanın qlobal problemi” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı, tibb üzrə fəlsəfə doktoru (t.ü.f.d), tibb xidməti baş leytenantı Gülay Məmmədzadə “Psixotrop preparatlar: onların riskləri və fəsadları”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti leytenantı Şəhla Mirzəzadə “Prekursorlar haqqında nələri bilməliyik?” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti kapitanı Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzusunda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, təlim iştirakçılarının mövzu ilə bağlı biliklərinin yoxlanılması, məlumatların mənimsənilməsi səviyyəsini müəyyən etmək üçün pre-test və pro-test keçirilib.

Təlim sual-cavab və maraqlı müzakirələr ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir
20:31
Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verib
20:13
İlon Mask üç ilə trilyonçu ola bilər
19:51
Təbriz şəhərində Azərbaycan bayrağının təsviri olan minlərlə stikerlər
18:24
“Hürriyet” qəzeti: Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır
18:18
Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir
18:15
Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
18:12
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
18:06
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək
18:03
Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi olublar
18:02
Melnik Scholz-u Moskva ilə diplomatik əlaqələrə çağırır
18:00
“Neft 40 dollar olanda Putin mübarizə apara bilməyəcək”: Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını bölüş
16:59
Braziliyada X sosial şəbəkəsinin bloklanmasına qarşı etiraz aksiyaları keçirilib
16:49
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu
15:57
Venesuela müxalifətinin prezidentliyə namizədi ölkəni tərk edir
15:19
İordaniya-İordaniya sərhədində terror aktı: 3 nəfər ölüb
15:14
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub
15:08
Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib
15:05
Bu həftə Avstriyada nə baş verdi?
13:54
Türkiyənin ilk gözdən əlil hakimi vəzifəsinə başladı
13:02