Maldiv missiyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub
CƏMİYYƏT
17:32
30.08.2024
Baxılıb: 1571
Maldiv missiyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Maldiv müşahidə missiyasının rəhbəri, Maldiv Mərkəzi Seçki Komissiyasının sədr müavini Nashath Alinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 30-da Azərbaycan Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov nümayəndə heyətini sentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandırıb. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli lazımi şərait yaradılıb. MSK sədri nümayəndə heyətinə namizədlərin, seçicilərin, məntəqələrin sayı barədə məlumat verib. Bildirib ki, seçki günü səsvermədə iştirak edə bilməyən vətəndaşlar da diqqətdə saxlanılır və onların rahat səs verə bilmələri istiqamətində müvafiq işlər görülür və görüləcək.

Uzun müddətdən sonra Qarabağ və Şərqi Zəngəzur sakinlərinin öz doğma yurdlarında səs verəcəyini deyən M.Pənahov bu ərazilərdə 42 mindən yuxarı seçicinin olduğunu da diqqətə çatdırıb.

Maldiv müşahidə missiyasının rəhbəri, Maldiv Mərkəzi Seçki Komissiyasının sədr müavini Nashath Ali ölkəmizdə olmaqdan məmnunluq duyduğunu bildirib. O, Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05