Dövlət Komitəsinin sədri: Yəhudi icmaları cəmiyyətimizin mədəni həyatında fəal iştirak edirlər
CƏMİYYƏT
17:42
30.08.2024
Baxılıb: 1493
Dövlət Komitəsinin sədri: Yəhudi icmaları cəmiyyətimizin mədəni həyatında fəal iştirak edirlər

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov yəhudi icmalarının nümayəndələri ilə görüşüb.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal və Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev ilə görüş zamanı Ramin Məmmədov bildirib ki, Azərbaycanda yaşayan xalqlar arasında münasibətlər multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Əsrlərboyu yəhudilər ölkəmizdə sülh və dostluq şəraitində yaşayıblar. Yəhudi icmaları cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.

Komitə sədri qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli dünyada ən uğurlu nümunələrdən biri kimi qəbul olunur. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasına xidmət edən tədbirlər həyata keçirilir. R.Məmmədov vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən təşəbbüsləri Azərbaycanda dövlət-din münasibətləri modelinin inkişafına mühüm töhfələr verib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan dövlətinin dini icmaya göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyev regionda və dünya miqyasında qarşılıqlı hörmətin, sülh şəraitində birgəyaşayışın və səmərəli əməkdaşlığın güclənməsi üçün dəyərli işlər görür.

Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkədə bütün dini icmaların sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. İcma sədri bildirib ki, dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələrdən biri kimi tanınır.

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev vurğulayıb ki, Azərbaycan multikulturalizminə, tolerantlığına, humanistliyinə, milli azlıqlara münasibətinə görə dünya ölkələrinə, xüsusilə də Avropa ölkələrinə ən yaxşı örnəkdir.

Görüşlərdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədri Qafqazda ilk dəfə olaraq Azərbaycanda tikilən Yəhudi Dini-Mədəni Mərkəzində gedən işlərlə də tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59