Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
03.10.2024
Baxılıb: 1188
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb

Tərtər sakininin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mübahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50
Taalaybek İbrayev: “Qırğızıstan Azərbaycandan neft almaqda maraqlıdır”
15:48
Anar Quliyev: "Bakının Baş Planına bir neçə ildən sonra yenidən baxıla bilər"
15:45
Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır
15:40
Xankəndidə tikiş fabrikinin açılışı olub
15:37
Kiçik ölkələrin ətraf mühiti böyük dövlətlər tərəfindən çirkləndirilir
15:34
Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
15:31
Ayxan Hacızadə: Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur
15:28
Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar
15:26
Azərbaycan və Qırğızıstan əməkdaşlığa dair “yol xəritəsi” imzalayacaqlar
15:25
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 74,16 ABŞ dolları təşkil edib
15:23
Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel təşkil edib
15:21
İsrailin Hərbi Hava Qüvvələri şərqdən gələn pilotsuz uçuş aparatını (PUA) ələ keçirib
15:19
Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib
15:14
Köhnə casus çəkilişləri alimlərə ərəblərin qədim döyüş yerini tapmağa kömək edib
15:13
ABŞ İndoneziya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır
14:41
“Ansar Allah” hərəkatının üsyançı husiləri Bab əl-Məndəb boğazından keçən iki raket esminesinə hücum ediblər
14:34