Qazaxıstanın Azərbaycan vasitəsilə neft ixracı 2023-cü ilin yanvar-avqust ayları arasında 12 dəfə artıb. Aktau limanından ixracı Bakı limanına göndərilən neftin həcmi 69 min tondan 838 min tonadək artıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 12 dəfə artım deməkdir.
Qyed etmək lazımdır ki, bir müddət əvvəl Qazaxıstanın milli enerji şirkəti “KazMunayQaz” və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri (Azərbaycan-Gürcüstan-Türkiyə) vasitəsilə ilə 1,5 milyon ton neftin nəqli haqqında saziş imzalanıb.