Fransada açılan Atatürkün büstü erməni diasporunun reaksiyasına səbəb olsa da, bələdiyyə Atatürkün demokratiya və qadın hüquqlarına verdiyi töhfələri vurğuladı.
Ötən həftə sonu Fransada Yunus Əmrə İnstitutu (YEE) və Paris Trabzon Dərnəyinin rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ilk büstünün açılışı olub. Lakin bu hadisə erməni diasporu tərəfindən tənqid olundu; Erməni Soyqırımında Atatürkün də rolu olduğu iddia edilib və büstün götürülməsi istənilib.
Épinay-sur-Seine Bələdiyyəsi açılışın tamamilə şəxsi təşəbbüs olduğunu bildirərək, Atatürkün demokratiya, dünyəvilik və qadın hüquqlarına mühüm töhfələr verdiyini bildirən bəyanat yayıb.