Bakıda 2 oktyabr tarixində başlayan bal yarmarkası öz işini davam etdirir. Yarmarka oktyabrın 22-nə qədər davam edəcək. Satış hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında, “Gənclik” metro stansiyasının yaxınlığında baş tutacaq. Bu il yarmarkada 250 arıçı iştirak edir.Məhsulların ümumi çəkisi 95 tondan çoxdur.
Balın kiloqramının qiyməti 25-40 manat arasında dəyişir.
Balın qiymətləri aşağıdakı kimidir:
– Çiçək balı – 25 manat;
– Çökə balı – 30 manat;
– Dağ balı – 30 manat;
– Kovuş balı – 40 manat.
Yarmarkada olan məhsul Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa çıxarılıb.