Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 milyard 337,7 milyon manat olub.
Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9% artaraq 9 milyard 15,8 milyon manat təşkil edib.