Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib 4 yerdə isə SES-in tikintisi davam edir
İQTİSADİYYAT
15:05
12.12.2023
Baxılıb: 5600
Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib 4 yerdə isə SES-in tikintisi davam edir

AzərEnerjidən verilən məlumata görə, Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.

Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir
00:00
TÜBİTAK sənayedə yaşıl transformasiya üçün 74 layihəyə dəstək verəcək
00:00
Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb
22:48
Almaniya kansleri Türkiyədə Ərdoğanla görüşəcək
22:46
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
22:45
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
22:44
Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
22:43
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı görüş keçirilib
22:42
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
22:40
Müharibənin başlaması ehtimalı yüksəkdir
22:37
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb
22:36
Britaniya, Kanada, Ukrayna və İsveç İrana qarşı iddia qaldırıb
22:35
Somalidə Polis Akademiyasının ərazisində partlayış olub, ölənlər var
19:21
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
19:19
Azərbaycanda 9 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
19:07
Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
19:05
KİV: HƏMAS lideri Qəzza zolağında öldürülüb
19:04
Ceyhun Bayramov “3+3” formatında görüşdə iştirak üçün Türkiyəyə gedib
19:03
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
19:02