Somalinin paytaxtı Moqadişoda yerləşən Polis Akademiyasının ərazisindəki kafedə güclü partlayış baş verib, nəticədə 10 nəfər ölüb.
Bu barədə "goobjoog" portalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, terrorçu-kamikadze akademiyanın ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb.
Xəsarət alanların dəqiq sayı hələ müəyyən edilməyib. Hadisə yerində xilasedicilər işləyir.