Naxçıvanda istehlakçılara 752 min manatdan çox ƏDV məbləği qaytarılıb
İQTİSADİYYAT
17:22
14.12.2023
Baxılıb: 3616
Naxçıvanda istehlakçılara 752 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 dekabr tarixinə muxtar respublika ərazisində 2.554 ədəd yeni nəsil NKA quraşdırılıb. Yanvar-noyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 205.5 milyon manat olub.

Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 752.2 min manatdan çox, təkcə noyabr ayında isə 100.1 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə noyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,8 dəfə artıb.

Digər xəbərlər