Çinin Airbus və Boeing sərnişin təyyarələrinə rəqib olmağı planlaşdıran, Çinin Ticarət Təyyarə Korporasiyası (COMAC) tərəfindən istehsal edilən dar gövdəli C919, bazar günü Sinqapur Hava Sərgisində uçuş keçirərək Çin ərazisi xaricində ilk səfərini edib
Çin qlobal sərnişin bazarında dominant olan iki Qərb təyyarə istehsalçısından asılılığını azaltmaq üçün bu işə böyük sərmayə qoyub.
Hazırda bu təyyarə yalnız Çin daxilində sertifikatlaşdırılıb və indi dörd C919-dan birincisi keçən il China Eastern Airlines ilə uçmağa başlayıb.
Qeyd etmək lazımdır ki, Airbus və Boeing istehsalını artırmaq və yeni təyyarələrə olan tələbatı ödəməkdə çətinlik çəkir. Bu səbəbdən COMAC- aviasiya bazarında özünü etibarlı bir alternativ kimi təqdim edə bilər.