Qazaxstanda Çindən Avropaya gedən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) hesabına artıma nail olunub
İQTİSADİYYAT
16:33
19.08.2024
Baxılıb: 705
Qazaxstanda Çindən Avropaya gedən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) hesabına artıma nail olunub

Cari ilin ilk yeddi ayı ərzində Qazaxıstanda dəniz və sahilyanı nəqliyyatla yük və baqaj daşımalarının həcmi 1,6 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

 

AZƏRTAC-ın “Energyprom Monitorinq” agentliyinə istinadən verdiyi məlumata görə, bu həcm son beş ilin göstəricilərini üstələyib.

 

Dəniz və sahilyanı nəqliyyatla yük daşımalarının həcmindəki əhəmiyyətli artım, digər amillərlə yanaşı, Çindən Avropaya gedən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) hesabına təmin edilib. Bu marşrut boyu həm dəmir yolu, həm də dəniz nəqliyyatı istifadə olunur. Xüsusilə, Qazaxıstanda TBNM-in dəniz yolunu Kurık və Aktau limanları təmin edir.

 

Həmçinin bildirilir ki, 2025-ci ildə Aktau dəniz limanı ərazisində konteyner habı istifadəyə veriləcək.

 

Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05
Kiyev Polşanın Aİ-dəki bəzi ukraynalılar üçün müavinətləri dayandırmaq çağırışını dəstəkləyib
08:55
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
08:53
Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır
01:59
İran peyki kosmosa buraxıldı - VİDEO
01:42
Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
01:37
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
01:33
Xronika: Qərbi Azərbaycanda erməni mənşəli yer adlarına 1920-ci ilə qədər rast gəlinmir
01:32
Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda səfərdədir
01:29
Pentaqon Tayvana yararsız silahlar verib
01:27
BƏƏ ABŞ-dan “F-35”lərin alınması ilə bağlı danışıqları bərpa etməkdən imtina edib
01:24
NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
01:22
WSJ: ABŞ öz tanklarının "alçaldılması" səbəbindən strategiyasını dəyişir
01:19
Stoltenberq: Müharibəyə son qoymaq üçün Rusiya ilə dialoq lazımdır
01:14
Şolç: Şvedt neft emalı zavodunun ilin sonuna qədər sahibi ola bilər
01:01
Uşaq fabriki - gələcək necə ola bilər?!
20:59