Rusiya və Azərbaycan Xəzər şelfində yeni birgə layihəni nəzərdən keçirir.
APA xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan potensial olaraq Xəzər şelfində birgə reallaşdırılması üçün yeni layihəni nəzərdən keçirir.
Novakın qeyd edib ki, Rusiya Federasiyası və Azərbaycan neft-qaz sektorunda çoxdankı əlaqələrə malikdir və birgə layihələr həyata keçirilir.
“Xüsusən, Rusiyanın “Lukoyl” şirkətinin demək olar ki, 20%-ə sahib olduğu “Şahdəniz” kimi tanınan layihəyə böyük həcmdə investisiya qoyulub. Bizim neft və neft məhsullarının tədarükü ilə bağlı layihələrimiz var”, - Rusiya Baş nazirin müavini bildirib.
O əlavə edib ki, ölkələr elektrik enerjisi sahəsində də əməkdaşlığı inkişaf etdirir.