“PMO.az” BMT-nin Qlobal Sazişində iştirakını elan etdi və Azərbaycanda bu təşəbbüsə qoşulan 44-cü şirkət oldu
İQTİSADİYYAT
12:39
26.08.2024
Baxılıb: 1269
“PMO.az” BMT-nin Qlobal Sazişində iştirakını elan etdi və Azərbaycanda bu təşəbbüsə qoşulan 44-cü şirkət oldu

Bu, ölkədə dayanıqlı inkişafı dəstəkləmək istiqamətində şirkətin davamlı səylərində mühüm bir addımdır. “PMO.az”ın direktoru Rəşad İbrahimov bəyannaməni imzalamaqla şirkətin əməliyyatlarında ekoloji, sosial və korporativ idarəetmə təcrübələrinin inteqrasiyasına sadiqliyini təsdiqlədi. Bu öhdəlik qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və 2030 Gündəliyinə uyğun gəlir. “PMO.az” Azərbaycana “Green Project Management” təcrübələrini gətirən “GPM Global”ın ilk akkreditə olunmuş təlim tərəfdaşıdır. Şirkət regionda ekoloji və sosial məsuliyyətli layihələrin artımına töhfə verərək, dayanıqlı layihə menecmentində peşəkarların təlim və sertifikasiyasını fəal şəkildə həyata keçirir. BMT Qlobal Sazişinə qoşulmaq “PMO.az”-ın dayanıqlığa fokusunu gücləndirir və şirkət, Azərbaycanda dayanıqlı inkişaf təcrübələrini dəstəkləmək üçün öz rolunu oynamağa hazırdır.

BMT Qlobal Sazişi haqqında

BMT Baş katibinin xüsusi təşəbbüsü olaraq, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi şirkətləri insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahələrində on ümumqəbul olunmuş prinsipə uyğun əməliyyat və strategiyalarını uyğunlaşdırmağa və BMT-nin məqsədlərinə dəstək verməyə çağırır. 160-dan çox ölkədə yerləşən 20.000-dən artıq şirkətlə və 60-dan çox Qlobal Saziş Ölkə Şəbəkəsi ilə dünyanın ən böyük korporativ dayanıqlıq təşəbbüsüdür.

“PMO.az” haqqında

“PMO.az” Azərbaycanda layihə menecmenti biliklərinin yayılması məqsədilə sosial təşəbbüs olaraq fəaliyyətə başlamış və bu gün peşəkar bir təşkilata çevrilmişdir. Şirkət, “IPMA”, “IPMA Agile”, “PMP” və “GPM” kimi müxtəlif beynəlxalq tanınmış təlim və sertifikasiya proqramları təklif edir. Təşkilat Azərbaycanda dayanıqlı layihə idarəçiliyini inkişaf etdirməyə sadiqdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
19:25
Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP29-da iştirak edəcəyik"
19:14
Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
19:13
Qəzza Səhiyyə Nazirliyi: Ölən fələstinlilərin sayı 41,2 minə çatıb
19:01
Azərbaycanlı idmançılar Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qələbə qazanıblar
15:36
"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
15:34
“Boris” qasırğası Mərkəzi Avropanı su basıb
15:23
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:19
8 ayda dəmir yolu ilə Türkiyə əhalisinin iki qatı sərnişin daşınıb
15:12
Türkiyənin yerli və milli silahları “Polad günbəz”i bənzərsiz edəcək
15:09
Bayraktar TB3 silahlı PUA TCG Anadolu ilə görüşür
14:58
Venesuela ABŞ-ı ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edib
14:52
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
14:03
Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib
13:59
"Ford" yeni texnologiyanı patentləşdirib
11:31
Almaniya geniş seçmə sərhəd nəzarəti tətbiq edir
11:00
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər
10:58
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
10:57
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
10:51
Uşaqların sağlam psixoloji inkişafı üçün ekranın təsirinə diqqət yetirilməlidir
09:05