Geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir olunub
İQTİSADİYYAT
21:10
29.08.2024
Baxılıb: 1418
Geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir müddətində gəminin baş mühərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsi üzrə 2 ədəd müasir tipli stasionar VHF radiostansiya Furuno FM-8900S, Radar Koden MDC-7912, Avtomatik İdentifikasiya Sistemi TR-8000 MKII, GPS GP-170, ümumi istifadə üçün televiziya antenası quraşdırılıb. Bütün qəza vasitələri EPİRB, SART, VHF (GMDSS) yeni nəsil avadanlıqlarla əvəzlənib. Həmçinin girokompas, ucadandanışan komanda - yayım qurğusu təmir edilib.

 

İşçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqları, istirahət otağı və kayutlarda lazımi işlər görülüb, geoloji kəşfiyyat işçiləri üçün yeni konteyner hazırlanaraq quraşdırılıb.

Tərsanə təmiri zamanı gəminin gövdəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Bildirilib ki, “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi dənizdə 150 metr dərinlikdə kəşfiyyat işlərinin aparılması, dənizin dibindən süxurlardan nümunələr götürülməsi kimi işlərdə istismar olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54