Tərtərdə təsərrüfatların 95 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
İQTİSADİYYAT
18:06
30.08.2024
Baxılıb: 425
Tərtərdə təsərrüfatların 95 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Tərtər rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Tərtər şəhərində şəbəkənin tikintisi başa çatıb. Şəhər mərkəzində 6788 təsərrüfatdan 3787 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Seydimli, Hacıqərvənd, Buruc, Şəhləbad, Aşağı Sarıcalı, Yuxarı Sarıcalı, Bayandur, Əskipara, Ələsgərli, Yenikənd, Düyərli, Söylən, İrəvanlı, Mamırlı, Yuxarı Mamırlı, Hacalı, Alışarlı, Poladlı, Bildirçinli, Borsunlu, Kovdadıq, Umudlu, Rəcəbbəyli, Sarov, Bəyimsarov, Qaynaq, Aşağı Qapanlı, Qazyan, Hüsənli, Azad Qaraqoyunlu, İlxıçılar, Köçərli, Balakəngərli, Cəmilli, Dəmirçilər, Kəngərli, Qaradağlı, Təzəkənd, Xoruzlu, Ağkənd, Kəbirli, Bayandurlu, Talış kəndləri və Şıxarx qəsəbəsində 13695 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 95 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 7939 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir. Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5 faizini təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02