Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
İQTİSADİYYAT
21:11
02.09.2024
Baxılıb: 3540
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində ümumilikdə 49,316 min hektar torpaq sahəsi olub.

“Report” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7 % çoxdur.

Bunun 93,4 %-i və ya 46,066 min hektarı Qarabağ iqtisadi rayonunda, 6,6 %-i və ya 3,25 min hektarı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 15,8 % çox və 48,5 % azdır.

Ötən il Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi 13,987 min hektar (5,8 % çox), Ağdamda 25,013 min hektar (1 563 dəfə çox), Bərdədə 649 hektar (1,1 % az), Füzulidə 4,611 min hektar (5,1 dəfə az), Tərtərdə isə 1,806 min hektar (16,2 % az) təşkil edib.

2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunda kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi 5 % artaraq 484 hektar, Qubadlıda dəyişməyərək 1,750 min hektar, Zəngilanda 164 dəfə azalaraq 25 hektar təşkil edib. Cəbrayıl rayonunda isə ilk dəfə 991 hektar kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi formalaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51