ABŞ Tacikistanın Rusiyadan yan keçməklə Transxəzər marşrutunda iştirakının tərəfdarıdır
İQTİSADİYYAT
11:16
06.09.2024
Baxılıb: 1396
ABŞ Tacikistanın Rusiyadan yan keçməklə Transxəzər marşrutunda iştirakının tərəfdarıdır

ABŞ Çini Xəzər dənizi, Asiya və Qafqaz ölkələri vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) layihəsində Tacikistanın iştirakının tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Düşənbədəki səfiri Manuel Mikaller Tacikistanın “Xovar” dövlət agentliyinə müsahibəsində deyib.

"Biz Tacikistanın Mərkəzi Asiyanı Qafqaz və Avropa bazarları ilə birləşdirəcək Transxəzər ticarət marşrutunda iştirakına tərəfdarıq. Biz ABŞ-ni və Mərkəzi Asiyadakı 5 tərəfdaşımızı birləşdirən "C5+1" diplomatik platforması vasitəsilə bu tərəfdaşlarla daha sıx əməkdaşlığa və dünya bazarlarına çıxmağa kömək edəcəyimizə ümidvarıq”, – o bildirib.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Dəhlizlə dəmir yolu və dəniz nəqliyyatından istifadə edilməklə konteyner daşımaları həyata keçirilir.

2022-ci ildə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, o cümlədən Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətində olduğunu bildirib. Söhbət xüsusilə Orta Dəhlizdən gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54