Dünən 72,28 dollara kimi bahalaşaraq günü 69,19 dollarla başa vuran Brent markalı neftin bir barel qiyməti 08,56-da bağlanış vaxtı ilə müqayisədə 1,08 faiz artaraq 69,94 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 66,44 dollara satılıb.
Brent markalı neftin barel qiyməti 70 dollardan aşağı qalmaqda davam edir. Dünən 70 dollardan aşağı düşən Brent markalı neft son 3 ilin ən aşağı səviyyəsinə çatıb. Qərbi Texas tipli (WTI) xam neft 2023-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enərək barreli 66 dollara düşüb.
Qiymətlərin əhəmiyyətli dərəcədə azalmasına Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu il və gələn il üçün tələb gözləntilərini azaltması səbəb olub. OPEC dünən dərc etdiyi hesabatda əvvəlki hesabatı ilə müqayisədə qlobal neft tələbatının artımında yavaşlamanın olacağını proqnozlaşdırıb. OPEC bu il üçün tələb artımı proqnozunu sutkada 80 min barel, 2025-ci il üçün isə sutkada 40 min barel azaldıb.
Neft qiymətləri bu gün səhər saatlarında əvvəlki sessiyada yaşanan itkini qismən kompensasiya etməyə başlayıb. Qismən bahalaşmada dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-da baş verən şiddətli fırtına səbəbindən neft hasilatının kəsiləcəyi ilə bağlı narahatlıq təsir göstərir. ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada, bazar ertəsi Meksika körfəzində başlayan tufanın dünən gecə saatlarında "1-ci kateqoriya qasırğa"ya çevrildiyi və bu gün ABŞ-ın bəzi ştatlarını təsir edə biləcəyi bildirilib.
Neft və təbii qaz hasilatında fasilələrin ola biləcəyi ilə bağlı narahatlıq qiymətlərin yüksəlməsinə dəstək verir. ABŞ Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu (BSEE) tərəfindən dünən edilən açıqlamada, fırtına səbəbiylə ABŞ-ın Meksika körfəzində xam neft hasilatının təxminən 24 faizinin və təbii qaz hasilatının 26 faiznın istehsalının azaldığı bildirildi.
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 71,42-73,65 dollar aralığına müqavimət, 67,82-64,22 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.