TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək
İQTİSADİYYAT
11:26
12.09.2024
Baxılıb: 3225
TAP AG: Sentyabrda planlaşdırılan infrastruktur işləri TAP ilə qazın tədarük həcminə təsir göstərməyəcək

Trans-Adriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində sentyabrın 19-na planlaşdırılan infrastruktur işləri bu boru kəməri ilə qazın tədarük həcminin azalmasına səbəb olmayacaq.

Bu barədə "Report"a TAP-ın operatoru olan TAP AG boru kəməri şirkətindən məlumat verilib.

“Məlum olduğu kimi, sentyabrın 19-dan 30-na qədər TAP-ın Trans-Anadolu Qaz Kəməri ilə birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi birləşmə nöqtəsində (IP) infrastruktur işləri planlaşdırılıb. Sözügedən işlərin TAP vasitəsilə nəql edilən qazın həcminə təsir göstərməyəcəyi gözlənilir”, - şirkətdən bildirilib.

“TAP AG”də xatırladıblar ki, 2021-ci ildə aparılmış bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-nə qədər boru kəmərinin ötürmə qabiliyyətini illik daha 1,2 milyard kubmetr artırmağa imkan verəcək öhdəliklər götürülüb.

“Kipoi birləşmə nöqtəsində planlaşdırdığımız işlər 2026-cı ilin əvvəlində TAP-ın əlavə gücünün təmin edilməsi üçün zəruru olan tikinti işlərinin bir hissəsidir. Biz bu birləşmə nöqtəsində mövcud kompressor stansiyasında əlavə olaraq təxminən 15 MVt gücündə 1 kompressor aqreqatı quraşdıracaq və buradakı avadanlığı modernləşdirəcəyik", - şirkət qeyd edib.

Daha əvvəl “TAP AG”nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) “Report”müsahibəsində bildirmişdi ki, bu, qaz kəmərinin genişləndirilməsi layihəsinin birinci mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur.

TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb 

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51