Azərbaycan CIFTIS sərgisində təmsil olunur
İQTİSADİYYAT
14:01
14.09.2024
Baxılıb: 2765
Azərbaycan CIFTIS sərgisində təmsil olunur

Azərbaycan Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak edir.

AZƏRTAC xəbər verir ki, CIFTIS Çin üçün açıq platforma rolunu oynayan, xidmətlərin inkişafını təşviq edən və innovasiyaya öncüllük edən mühüm bir tədbirdir. Bu il sərgidə 80-dən çox ölkə və beynəlxalq təşkilat iştirak edir. “Qlobal xidmətlər, ortaq rifah” mövzusu ilə keçirilən sərgi, yüksək səviyyəli xidmətlər ticarəti sammiti, 100-dən çox forum və tədbirə ev sahibliyi edir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi və AZPROMO-nun təşkilatçılığı ilə qurulan Azərbaycanın vahid ölkə stendi ölkəmizin xidmətlər ticarəti sahəsində nailiyyətlərini və göstərilən xidmətləri beynəlxalq ictimaiyyətə təqdim edir. Azərbaycan stendində investorlara göstərilən xidmətlər və dəstək mexanizmləri, nəqliyyat xidmətləri, turizm sektoru, kino çəkilişləri sahəsindəki imkanlar, eləcə də kosmik sənaye sahəsində təklif olunan xidmətlər haqqında məlumatlar yer alıb. Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında investorlar üçün yaradılan münbit şərait və təklif olunan imtiyazlar haqqında geniş məlumat təqdim edilir. Stend Azərbaycanın beynəlxalq arenada xidmətlərini tanıtmaq və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi ilə qurulub.

Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS sərgisinin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daim dəstəkləyən qurumlardır.

CIFTIS beynəlxalq ticarət və iqtisadi inkişaf üçün mühüm bir platforma hesab olunur. Çin bu sərgi vasitəsilə qlobal əməkdaşlığı dərinləşdirir və innovasiyaları təşviq edir. CIFTIS-in rolu, müxtəlif ölkələr arasında əlaqələri gücləndirmək və ticarət xidmətlərini genişləndirmək üçün vacib bir vasitədir. Bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar və əməkdaşlıq yolları açır.

Azərbaycan bu mühüm platformada ardıcıl 6 ildir ki, iştirak edir və xidmətlər sektorundakı uğurlarını və potensialını nümayiş etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51